Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkəmiz nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir

0

  • Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İyunun 20-də Çinin “China Media Grup” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb.Cənab prezident İlham Əliyev Həmişə olduğu kimi yenə də müxbirin suallarını dolğun şəkildə cavablandırmaqla diqqəti cəlb edib. Çoxsaylı suallar içərisində Ümummilli Lider Heydər Əliyev haqqında olanlar daha böyük önəm kəsb edirdi. Müxbir Ulu Öndərimizin xatirəsinə böyük ehtiram ifadə edərək onun müasir Azərbaycanın qurucusu olduğunu, Çin-Azərbaycan dostluğunun təməlini qoyan şəxs kimi tarixə düşdüyünü qeyd etdi.Ulu Öndər haqqında öz təəssüratlarını bölüşən dövlət başçımız bildirdi ki, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı ilin əvvəllərində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi.Azərbaycan-Çin münasibətlərinin inkişafında Heydər Əliyevin əməli fəaliyyətindən söz açan cənab prezident qeyd etdi ki, onun Çinə səfərləri, Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxt Azərbaycan dünyada o qədər də tanınmırdı. Bunun təməli o vaxt qoyulub və bu gün də ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir və daha çox sahələri əhatə edir.Daha sonra müxbir1990-cı illərdə Çinə səfəri zamanı Heydər Əliyevin çinli ailələrlə, məktəblilərlə görüşməsi, onların vəziyyəti ilə maraqlanması, bölgələrə səfərlər etməsi barədə xatırlatma etdi və Heydər Əliyevin çinli ailə ilə şəklini təqdim etdi.Dövlət başçımız qeyd etdi ki, Heydər Əliyev səfərlər zamanı yalnız rəsmi görüşlərlə kifayətlənmirdi, xalqlar arasında münasibət qurmaq istəyirdi. Çin, onun tanımadığı ölkə deyildi. Çinin inkişafı ilə bağlı məlumatlı idi. Prezident seçiləndən sonra Çinlə ikitərəfli münasibətlər qurmaq onun əsas xarici siyasət prioritetlərindən idi. Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini görürdü.Cənab prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulduğunu söyləyərək bildirdi ki, hər bir azərbaycanlı kimi mənim üçün də atam əziz insan olub. Mənim üçün böyük xoşbəxtlikdir ki, həmişə həm şəxsən onun üçün, həm də Azərbaycan xalqı üçün ən çətin vaxtlarda atamın yanında olmuşam.Çinlə münasibətlərimizin bu gün əla səviyyədə olduğunu bildirən dövlət başçımız Çinin prezidenti Si Cinpinlə həm Çində, həm də beynəlxalq tədbirlərdə görüşlərindən, onun uzaqgörənliyi, zəkası və səmimiyyətindən də söhbət açdı.
    Ziya Əliyev,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib117 dəfə
    Ölkəmiz nəqliyyat geosiyasi mövqe üstünlüyünə malikdir

    Maraqlı gələ bilər
    61